OFİSƏ DƏSTƏK XİDMƏTİ

Qeyd etmək istərdik ki, təmiz mühit işçilərin əmək qabiliyyəti və səmərəliyinə olduqca müsbət təsir göstərir. Bundan başqa, təmiz və səliqəli ofis potensial müştəri və tərəfdaşlara xoş təsir edir və onlarda ilkin müsbət təəssürat yaradır. Təmizlik şirkəti tərəfindən xidmət olunan ofislərdə daimi peşəkar mühit qorunub saxlanılır. Təmizlik şirkətlərinin xidmətindən istifadə, iş sahiblərinə gözə görünən və görünməyən faydalar gətirir.

 REAL CLEANING şirkəti ofis əməkdaşlarına sırf işləri ilə məşğul olmağa şərait yaradır. Bəzi şirkətlər təmizlik işini öz əməkdaşlarına həvalə edərək, onların qızıl vaxtını və məhsuldarlığını kifayət qədər aşağı salır. Komandamız səliqəli ofis şəraitin yaradılması yolunda bütün detalları və aspektləri nəzərə alaraq korporativ təmizliyə kompleks şəkildə yanaşır. Əlbəttə ki, ilk növbədə müştərilərin tələb və istəkləri qeydə alınır və hər bir müştəriyə individual yanaşma təmin olunur. Ofislərə dəstək çərçivəsində təklif etdiyimiz xidmətlər:

  • Təmizlik
  • Qida təminatı
  • İT dəstək
  • Təhlükəsizlik